İqtisadiyyat
19 iyun 2020
53

Neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib

Milliinfo.az

Neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib



 Neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib


Birjalarda neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən iclasında nikbin açıqlamalar, neftə güclü tələbat olduğunu göstərən xəbərlər fonunda həftəlik artım tendensiyasına yenidən başlamağa hazırlaşır.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 42,61 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 40,17 dollara satılır.