İqtisadiyyat
19 avqust 2020
36

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir

Milliinfo.az

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,28 ABŞ dolları, yaxud 0,62% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.