Gündəm / Cəmiyyət
02 avqust 2021
95
Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək:
"Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır".

Daha çox xəbər:

Vaksinə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı
Gündəm / Cəmiyyət
İcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / Səhiyyə
Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Siyasət / Sosial / Səhiyyə
İcbari Sığorta Bürosundan avtomobil sahiblərinə müraciət
Cəmiyyət / Sosial