Gündəm / Siyasət
04 avqust 2021
43
Prezident bu nazirliyə 7 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılıb.
Daha çox xəbər:
Prezidentdən Ermənistanın zərər vurduğu obyektlərlə bağlı SƏRƏNCAM
Gündəm / SiyasətPrezident İlham Əliyev Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Siyasət“Xanoba” gömrük postunda tikinti işlərinin aparılmasına 4 milyon manat ayrılıb
Siyasət / İqtisadiyyatPrezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
SiyasətPrezidentdən 600 min manatlıq SƏRƏNCAM
Gündəm / Siyasət