Gündəm / Cəmiyyət
05 avqust 2021
34
Azərbaycandan Türkiyəyə göndərilən yanğınsöndürənlərin sayı AÇIQLANDI
"Cənab Prezidentin tapşırığına uyğun olaraq, bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin iki qrupdan ibarət şəxsi heyəti və yanğın texnikası Türkiyədə mürəkkəb şəraitdə baş versn yanğınların söndürülməsi işlərinə cəlb edilib.
Ölkə başçısının tapşırığının davamı olaraq bu gün 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup qardaş ölkəyə yola düşür".
Bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.
Onun sözlərinə görə, yanğınların söndürülməsinə Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib.
"Bundan başqa 1 ədəd helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Həmçinin 100 yanğınsöndürən maşınlarımız orada yanğınların söndürülməsi işlərinə cəlb edilib. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Orada da əməkdaşlarimız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər".
Daha çox xəbər:
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək
Gündəm / CəmiyyətEtibar Mirzəyev Türkiyəyə getdi
SiyasətAzərbaycan Türkiyəyə yardımla bağlı 500 nəfərlik şəxsi heyət və helikopterlər göndərir
Gündəm / Dünya“Nazirliyin rəhbər heyəti hadisə yerindədir” - ETSN
Gündəm / Cəmiyyət"Sobsan" boya fabrikindəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb, 1 nəfər Toksikologiya mərkəzinə yerləşdirilib
Hadisə