Gündəm / Dünya
19 avqust 2021
13

Rusiya Əfqanıstana qoşun yeritməyəcək

Rusiya Əfqanıstana qoşun yeritməyəcək
“Rusiya Əfqanıstandakı problemlərin sülh yolu ilə həlli üçün siyasi və diplomatik səylərə diqqət yetirəcək”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentini Əfqanıstana göndərməyəcək:

“Əfqanıstan istiqamətində ilk növbədə siyasi və diplomatik səylərə diqqət yetirəcəyik, tərəfdaşlarımızla birlikdə Əfqanıstanda mövcud olan problemlərin sülh yolu ilə həll edilməsi yollarını axtaracağıq. Bundan əlavə, Əfqanıstanda mövcud problemin nizamlanması üçün beynəlxalq səylərdə BMT-nin əlaqələndirici roluna böyük əhəmiyyət veririk".

O, həmçinin qeyd edib ki, indi prioritet vəzifə Əfqanıstandan miqrasiya axını üzərində nəzarəti təmin etmək, bölgəni qaçqın adı altında terrorçuların sərhəddən keçməsindən, silah qaçaqmalçılıqdan və narkotik alverindən qorumaqdır.