Gündəm / İqtisadiyyat
23 avqust 2021
16
Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvənd verib
Azərbaycanda hazırda kifayət qədər vaksin dozası var.
Bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, vaksinasiyanın daha çox təbliğ edilməsi üçün mütəxəssislər lazımdır:
“İnsanları yayındırmasalar, hamı peyvənd olunar. Onlar artıq məsələnin ciddiyyətinə varırlar. Azərbaycanda hazırda kifayət qədər vaksin dozamız var".
T.Musayev qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə bir neçə dövlətə yüz minlərlə peyvənd pay verilib:
"Bu da bizim humanist dövlət olmağımızı bir daha sübut edir. Bəzi ölkələrdə peyvəndlər ancaq öz vətəndaşlarına vurulur. Lakin bizim ölkədə bir çox diplomatik nümayəndələr, Azərbaycanda yaşamaq icazəsi olan xarici vətəndaşlar, təhsil almağa gələnlər də peyvənd edilir".
Daha çox xəbər:
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
SosialNazirlikdən saxta vaksin sertifikatı alanlarla bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətRusiyalı həkim: Yeni ştamlara qarşı peyvənd lazımdır
Gündəm / DünyaNazir müavinindən vaksinasiya ilə bağlı iddialara REAKSİYA
Gündəm / CəmiyyətAzərbaycanda peyvənd olunmayanlar bazarlara BURAXILMAYACAQ
Gündəm / Cəmiyyət