Gündəm / Cəmiyyət
07 sentyabr 2021
21
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına BAŞLANILIR
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.
Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Daha çox xəbər:
Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı
Gündəm / Cəmiyyət3-cü dozanın vurulması peyvənd sertifikatının müddətinə təsir edəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / CəmiyyətBu şəxslərə 3-cü doza vaksinin vurulması TÖVSİYƏ EDİLİR
Gündəm / CəmiyyətVarlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır
Dünya / SəhiyyəBu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ
Gündəm / Cəmiyyət