Gündəm / Hadisə
08 sentyabr 2021
40
Səhiyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ
Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək.
Nazirlikdən verilən məlumata görə, indiyədək mövcud olan Baş mütəxəssis institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.
Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.
Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.
Daha çox xəbər:
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Gündəm / CəmiyyətAzərbaycan koronavirusla mübarizə üçün yeni layihəyə başlayır
Gündəm / Cəmiyyət / Dünya / SəhiyyəCOVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
Dünya / SəhiyyəBank Respublika-da İş Var!! - 11 Yeni Vakansiya
Cəmiyyət / SosialAvropa Birliyi ölkələrinə qarşı kiberhücumların sayı artıb
Dünya