Gündəm / Cəmiyyət
13 sentyabr 2021
24
"Vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər" - DİN-dən ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
"Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

Daha çox xəbər:

DİN Aşura günü ilə bağlı əhaliyə xəbərdarlıq edib
Gündəm / Cəmiyyət
DİN evdən çıxmaq icazəsi olan vətəndaşlara xəbərdarlıq etdi
Cəmiyyət / Hadisə
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Hadisə / Dünya
QMİ Məhərrəm ayının başlaması ilə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət
190 manata görə SMS almayanların nəzərinə! Bu sayta daxil olun
Siyasət / İqtisadiyyat / Cəmiyyət