Gündəm / Cəmiyyət
16 sentyabr 2021
26
Üçüncü doza kimlərə vurula bilər? - ÜST AÇIQLADI
“Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməmiş ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurlmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.
H. Harmancı hələ peyvənd ala bilməyən ölkələrdəki insanların, xüsusilə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olanların vaksinlənməsini daha vacib hesab edir.(apa)

Daha çox xəbər:

Koronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI
Cəmiyyət
3-cü dozanın vurulması peyvənd sertifikatının müddətinə təsir edəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
ÜST nümayəndəsi: "Rayonlara gediş-gəliş koronavirusa yoluxmaları artıra bilər"
Cəmiyyət / Sosial
""Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur" - Hande Harmancı
Gündəm / Cəmiyyət
Bu şəxslərə 3-cü doza vaksinin vurulması TÖVSİYƏ EDİLİR
Gündəm / Cəmiyyət