Gündəm / İqtisadiyyat
22 sentyabr 2021
30
Beynəlxalq Bankla Azər-Türk Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bundan başqa, dövlət başçısı "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Bu sənədlərə əsasən, ABB, "Azər-Türk Bank" və "Azərsığorta" holdinqin idarəetməsinə verilib.
Daha çox xəbər:
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
SiyasətBanklarda Dollar, Avro, Rubl və Lirənin alış-satış qiymətləri
İqtisadiyyatİlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
Gündəm / SiyasətPrezident SƏRƏNCAM İMZALADI
Siyasətİlham Əliyev 2 fərman imzaladı
İqtisadiyyat