Gündəm / Dünya
23 sentyabr 2021
33
Fransa ABŞ-la barışacaq?
ABŞ prezidenti Co Baydenlə onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Dövlət rəhbərləri son günlərdə ölkələr arasında yaranmış gərginliyi müzakirə ediblər.
Müzakirələrin yekunu olaraq, Fransanın Vaşinqtondakı səfirinin həftə ərzində ABŞ-a qayıtması və iki lider arasında oktyabrın sonunda görüşün keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bir neçə gün öncə Avstraliya ABŞ və Britaniya ilə AUKUS ittifaqını yaradaraq, Fransadan hərbi sulatı qayıqlar almaqdan imtina etdiyini, onların əvəzində ABŞ sualtı qayıqlarını tərcih etdiyini bildirib. İnsident Fransa tərəfindən “müttəfiqlərin xəyanəti” kimi qiymətləndirilib və ölkənin ABŞ-dakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.
Mənbə: TASS

Daha çox xəbər:

Baydenlə Makron Əfqanıstanı müzakirə etdi
Gündəm / Dünya
ABŞ və Rusiya hərbçiləri arasında insident baş verib
Siyasət / Hadisə / Dünya
ABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər
Siyasət / Dünya
Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı
Dünya
İranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"
Siyasət / Dünya