Gündəm / Siyasət
06 oktyabr 2021
45
AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Bu barədə AZAL-dan məlumat verilib.
"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.
Daha çox xəbər:
AZAL-dan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətBu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
Gündəm / CəmiyyətAZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
GündəmAZAL Naxçıvana getmək istəyən şəxslərə müraciət etdi
İqtisadiyyatAZAL-dan 20 ölkədən Azərbaycana giriş-çıxışla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət