Gündəm
01 iyul 2020
62
AZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
AZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən Azvision.az-a bildirilib ki, hazırda aviabiletlər yalnız “AZAL” və “Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.
Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. “Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.
Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
Daha çox xəbər:
Bakı ilə Kiyev arasında birbaşa aviareysin təşkili planlaşdırılır
Cəmiyyət / SosialMayın qeyri-iş günləri AÇIQLANDI
GündəmQazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpası iyulun 1-dən sonra müzakirə ediləcək
İqtisadiyyatPolşadan Azərbaycana dönmək istəyənlər üçün – Xüsusi reys olacaq
GündəmSərtləşdirilmiş karantin günlərində hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına nəzarəti DİN həyata keçirəcək
Cəmiyyət