Gündəm / Siyasət
07 oktyabr 2021
18
Prezidentin SUQOVUŞAN İSMARICLARI... - Kimlər dərs çıxarmalıdır...
Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda mövcud olan, dünya üçün isə potensial təhlükə hesab edilən revanşizmin, faşizmin qarşısını aldı. Bu, əslində beynəlxalq təsisatların 30 ilə yaxın davam edən işğal müddətində göz yumduğu və ya həll etməkdə maraqlı olmadığı təhlükənin Azərbaycan tərəfindən aradan qaldırılması idi. Bunu beynəlxalq aləmdə də artıq etiraf etməyə başlayıblar.
Hələ də bölgədə revanşizm müəyyən qədər qalır və zaman-zaman baş qaldırır. Prezident İlham Əliyev işğaldan azad olunan Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri zamanı da bu məsələyə toxunub və bir daha revanşist fikirdə olanlara sərt xəbərdarlıq edib:
“Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın "dəmir yumruğu" ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”.
Göründüyü kimi, Azərbaycan revanşizmlə bağlı mövqeyini ən yüksək səviyyədə ortaya qoyub və bu məsələdə heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan edib.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin bu mesajı ilk növbədə Azərbaycanın əvvəlki vəziyyətdə olmadığını göstərir:
“Azərbaycan artıq şərt qoyan tərəfdir. Azərbaycanın kifayət qədər gücü, potensialı var ki, köhnə ritorikada çıxış edən Ermənistana cavab verə, yerində otuzdura bilsin. Prezidentin bu mesajı inamlı bəyanatdır və bu, eyni zamanda Ermənistanın havadarlarına da bir xəbərdarlıqdır. Düşünürəm ki, zamanında verilən bəyanatdır. Azərbaycan əvvəlki kimi yumşaq mövqedə çıxış etməməlidir. Əksinə, qalib, şərt diqtə edən tərəf bizik, ona görə də kimsə Azərbaycana qarşı təhdiddə bulunsa, silaha əl atmaq istəsə, təbii ki, onun cavabı ən sərt formada veriləcək. Prezidentin bəyanatı da bunun əvvəlcədən xəbərdarlıq formasında onlara çatdırılması idi”.
Daha çox xəbər:
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Siyasətİlham Əliyevdən Ermənistana XƏBƏRDARLIQ: "44 günlük müharibə onun yanında yalan olacaq"
Gündəm / SiyasətPrezidentdən beynəlxalq təşkilatlara mesaj: “Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi!”
Gündəm / CəmiyyətKoronavirusun ikinci dalğasında KİMLƏR YOLUXACAQ? - Azərbaycan nümayəndəliyinin rəhbəri AÇIQLADI
CəmiyyətAzərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Gündəm / Cəmiyyət