Gündəm / Siyasət
09 oktyabr 2021
29
Azərbaycan XİN Gürcüstana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, oktyabrın 8-də Batumidə yaşayış binasının çökməsi nəticəsində 6 nəfər ölüb, daha 3 nəfərin axtarışları davam etdirilir.
Faktla bağlı 3 nəfər saxlanılıb.