Gündəm / Cəmiyyət
12 oktyabr 2021
29
Koronavirusa görə müavinət verilir? – RƏSMİ AÇIQLAMA
“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir” - deyə məlumatlar yayılıb.
Sözügedən məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Unikal.org-a açıqlamasında bildirib ki, koronavirusa görə virusa yoluxa şəxslərə müavinət verilmir:
""Koronavirusa görə müavinət verilir”, - deyə, başlıqlı xəbərlərdə təhrifə yol verilib. Koronavirus da ümumi xəstəlik hesab olunur. Belə ki, işçi xəstələnən zaman qeydiyyata düşür, həkimdən bülleteni alıb, aparıb öz müəssəsinə təqdim edir. Həmin işçiyə, əmək qabiliyyətinin itirilməsinə görə məbləğ təyin olunur. Bu məbləğ, həmin şəxsin əmək haqqına və ödədiyi vergiyə görə müəyyənləşdirilir. Sözügedən məsələ də eynilə budur”.

Daha çox xəbər:

Azərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR
Gündəm / Cəmiyyət
95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub
İqtisadiyyat
İyun ayının pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
İqtisadiyyat / Cəmiyyət
İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb
Cəmiyyət / Sosial
Baş həkim haqda cinayət işi başlandı
Gündəm / Cəmiyyət