Gündəm / Dünya
23 oktyabr 2021
22
Saakaşviliyə həbsxanada qan köçürüldü
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin qan analizinin nəticələri pis çıxdığına görə ona qan köçürülüb.
Milliinfo.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze bildirib.
“Köçürmə yaxşı keçdi. Bizə həbsxana həkimləri və təcili yardım briqdası kömək etdilər. Hələ hər şey yaxşıdır. Bu prosedur çöl şəraitində aparılıb, həbsxanadakı tibb otağı bunun üçün nəzərdə tutulmayıb və Saakaşvili klinikada müalicə olunmalıdır”, - deyə Kipşidze əlavə edib.
Eyni zamanda, o qeyd edib ki, eks-Prezident həbsxana klinikasında müalicə olunmaqdan imtina edir və o, bir həkim kimi, bunu məsləhət görmür.
Onun sözlərinə görə, hazırda Saakaşvilinin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Saakaşvilinin vəkilləri də onun həbsxana xəstəxanasına yerləşdirilməsinə qarşıdır. Onlar hesab edir ki, bu halda digər məhbuslar eks-Prezidenti öldürə bilər.
Ədliyyə Nazirliyində isə bunu istisna edir, bütün təhlükəsizlik tədbirlərini görəcəklərinə söz verirlər.
Xatırladaq ki, M. Saakaşvili sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstana gedib və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstanda Saakaşvilinin adı bir neçə cinayət işində hallanır və hazırda Rustavi həbsxanasında saxlanılır. Eks-Prezident saxlanılmasını qeyri-qanuni, öz ünvanına olan ittihamları isə saxta hesab edir. O, saxlanıldığı gün aclıq elan edib.
Daha çox xəbər:
Saakaşvili həbsxanadan buraxılır: “Bəlkə şənbə, ya da bazar günü, dəqiq bilmirəm…”
Gündəm / DünyaGürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək
Gündəm / DünyaSəhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi
GündəmSaakaşvili oktyabrın 3-də Tbilisiyə gələcək - Xalqı mitinqə ÇAĞIRDI
Gündəm / DünyaSaakaşvili Zelenskiyə məktubunda Putinin dustağı olduğunu bildirib
Gündəm / Cəmiyyət