Gündəm / Siyasət
15 noyabr 2021
40
Azərbaycan İrana başsağlığı verdi
İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.
Nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir:
“İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”.
