Gündəm / Siyasət
17 noyabr 2021
23
"Ermənistanın təhlükəli addımlarına lazımi qarşılıq verəcəyik" - Ceyhun Bayramov
“Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Taayib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb:
“İki liderin bu mesajları son dərəcə əhəmiyyətlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi İrəvanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir qərar olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Bunlar təhlükəli açıqlamalardır. Bizim istədiyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır”.

Daha çox xəbər:

"Ermənistanın Gəncə cinayəti cəzasız qalmamalıdır" - Ceyhun Bayramov
Gündəm / Siyasət
Ceyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / Dünya
Ceyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Siyasət / Dünya
Ceyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb
Siyasət