Gündəm / Cəmiyyət
24 noyabr 2021
106
Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyinin depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir:
“Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir”.
Nazirlik, həmçinin vətəndaşlardan xahiş edir ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.
Daha çox xəbər:
"WhatsApp" məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - ŞOK İDDİA
GündəmBaş nazirdən Səhiyyə nazirliyi ilə bağlı QƏRAR
Gündəm / SiyasətSəhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi
Gündəm / CəmiyyətAzərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Gündəm / CəmiyyətDaha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
Cəmiyyət / Sosial