Gündəm / Siyasət
26 noyabr 2021
40

Azərbaycan XİN-dən Rusiyaya başsağlığı

Azərbaycan XİN-dən Rusiyaya başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyaya başsağlığı verib.

Bu barədə XİN-in tvitter hesabında paylaşım edilib.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə başsağlığında bildirilir.