Gündəm / Cəmiyyət
07 dekabr 2021
42
Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
Quba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, iş Bakı Hərbi məhkəməsinin hakimi Aslan Kalbalıyevin icraatındadır.
Polkovnik E.Nəzərova Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə A.Əliyev zərərçəkmiş şəxs qismində çıxış edir.
Daha çox xəbər:
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI
Gündəm / CəmiyyətAzərbaycanda vəzifəli şəxslərə cinayət işi AÇILDI
Gündəm / HadisəAzərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
Gündəm / HadisəAzərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
GündəmAzərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Gündəm / Cəmiyyət