Gündəm / Dünya
14 dekabr 2021
20

ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq

ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq

Bəşəriyyət pandemiyadan sonra başqa, daha ciddi təhlükələrlə üzləşəcək.

Milliinfo.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

"Pandemiya başa çatdıqda, biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s.", - o deyib.

O əlavə edib ki, indi insanlar sağlamlığın dəyəri haqqında təsəvvürləri əsaslı şəkildə dəyişdirməlidirlər. Tedros Adanom Qebreyesusun sözlərinə görə, dünyada iqtisadi artım bütün planetin rifahına əsaslanmalıdır.

ÜST rəhbəri səhiyyə xərclərinə deyil, gələcək sərmayələrə baxmağa çağırıb.