Gündəm / Cəmiyyət
16 dekabr 2021
32
Saçına görə şagirdə irad bildirən müəllim cəzalandırıldı
Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.
Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb.
Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.
Xatırladaq ki, bu barədə jurnalist Röya Rəfili məlumat yaymışdı. Qeyd etmişdi ki, sinif rəhbəri oğlunu sinifdə qız kimi təqdim edib: “Müəllim sinifdə deyib ki, tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib...” Oğlum deyib ki, “Mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb”.
Sinif rəhbəri Yeganə Qasımova uşağı sinifdə təqdim etdikdən on beş dəqiqə sonra isə ona yaxınlaşaraq deyib ki, saçını kəsdirməlidir: “Tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan?!”
Daha çox xəbər:
Məktəbdə iyrənc olay: Müəllim sinifdə əxlaqsız video izlədi
DünyaBakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb
Gündəm / HadisəMəktəbdə müəllim 2-ci sinif şagirdini niyə döydü? - ŞOK SƏBƏB - VİDEO
HadisəMəktəb, "Delta" ştammı və uşaqlar: payızda nə edəcəyik? - AKTUAL
Gündəm / CəmiyyətŞagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
Cəmiyyət