Gündəm / Sosial
20 dekabr 2021
24
Onların sosial müdafiəsi gücləndiriləcək
Milli Məclisin bu gün keçirilən iclasında "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunub.
Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunub.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / Siyasətİlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / SiyasətAzərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur
Siyasət / İqtisadiyyat / CəmiyyətUşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
GündəmMəhkəmələrə verilən şikayətlər üzrə bələdiyyələr rüsum ödəməyəcək
Gündəm / Cəmiyyət