Gündəm / Cəmiyyət
23 dekabr 2021
146
Bunu edənlər 5 min manat CƏRİMƏLƏNƏCƏK - Yeni illə bağlı XƏBƏRDARLIQ
"Respublika ərazisində dekabrın 1-dən bu günə qədər pirotexniki vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 23 fakt aşkarlanıb. Xüsusən Qazax rayonunda bir fakt üzrə 120 mindən artıq pirotexniki vasitə müəyyən olunaraq götürülüb".
Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O əlavə edib ki, pirotexniki vasitələrin xüsusi icazə olmadan alınması, daşınması, realizə olunması qanunsuz hesab olunur: "Ticarət qaydaları əleyhinə olan inzibati xətalarla bağlı hüquq norması var. Normanın 442-ci maddəsinə uyğun olaraq inzibati xətanın biləvasitə obyekti olmuş mallar müsadiə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1650 manatdan 2200 manata qədər, hüquqi şəxsləri üçün isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutulur".
Daha çox xəbər:
Karantin rejimini pozanlar üçün cərimələr artırılır
GündəmTaksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - Rəsmi
Gündəm / CəmiyyətBu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
Gündəm / SiyasətDİN əhaliyə xəbərdarlıq etdi
GündəmMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / Sosial