Gündəm / Dünya
04 yanvar 2022
136

COVİD-19-un yeni ştammı tapıldı

COVİD-19-un yeni ştammı tapıldı


Fransanın cənubunda koronavirusun yeni ştammı aşkar edilib.

Milliinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Naməlum ştammın Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkar edildiyi bildirilir.

Mütəxəssislər virusun bu variantının törədicisinin Kamerunda geniş yayıldığını istisna etmirlər. Aparılan testlər nəticəsində yoluxmuş insanlarda atipik mutasiya birləşməsi aşkar edilib.

Yeni versiya B.1.640.2 adını alıb və fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi qeyd olunub. Bu ştammın yoluxma səviyyəsi məlum deyil.