Gündəm / Dünya
07 yanvar 2022
26
Qazaxıstanda “MİR-24” telekanalının binası yandırıldı - VİDEO
Qazaxıstanın Almatı şəhərində Rusiyanın “MİR-24” telekanalının binası yandırılıb.
Bu barədə telekanal məlumat yayıb.
“Bütün həmkarlarımız dərhal ofisdən təxliyə edilib. Onlar arasında xəsarət alan yoxdur” - telekanalın texniki inkişaf üzrə sədr müavini Aleksey İkonnikov deyib.
Telekanal qəzəbli kütlənin şirkətin ofisinə basqın etməyə hazırlaşdığını əks etdirən kadrları da yayıb. Hücum edənlərin əllərində baltalar olub. Onlar televiziya avadanlıqlarını da məhv ediblər.
Müxbirlərdən birinin verdiyi məlumata görə, əgər jurnalistlər binadan tez çıxmasaydılar, ölənlərin olacağı istisna edilməyib: “Hücumçuların başımıza nə gətirəcəyini bilmirdik. Müxbirlər və nümayəndəliyin digər əməkdaşları sağdır və öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Ofisə hücum edənlər pəncərələrdəki dəmir barmaqlıqları və nədənsə avtogenlərlə akkumulyatorları kəsiblər. Onlar əllərinə keçən hər şeyi məhv edib. Hazırda teleradio şirkətinin ofisi atəş nöqtəsinə çevrilib. Silahlılar binanı ələ keçirib, orada barrikadalar qurublar”.
Daha çox xəbər:
Terrorçular beşulduzlu otelə hücum ediblər - Silah səsləri eşidilir
HadisəAzərbaycanda telekanal əməkdaşı gənc yaşında vəfat etdi - FOTO
Gündəm / DünyaDüşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib – VİDEO
GündəmNur-Sultan və Almatı arasında aviareyslər mayın 1-dən açılacaq
DünyaTürkiyə xüsusi təyinatlıları 4 terrorçunu məhv etdi
Dünya