Gündəm / Cəmiyyət
08 yanvar 2022
18

“YAŞAT”a toplanan vəsait 67 milyon manata çatır

“YAŞAT”a toplanan vəsait 67 milyon manata çatır
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 67 milyon manata çatır.

Fonda toplanan vəsait 66 528 735.74 manatdır. Həmin vəsaitdən 17 710 454.54 manatı fiziki şəxslər, 48 818 281.2 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 52 959 812.81 manatı xərclənib. Vəsaitin qalığı isə 13 568 922.93 manatdır.