Gündəm / Dünya
19 yanvar 2022
20
Paşinyanın komandasında parçalanma
Ermənistan baş nazirinin komandasında parçalanmalar başlayıb.
Bu barədə "Joxovurd" nəşri yazır.
Nəşrin iddialarına görə, Ermənistan Baş Prokurorluğu ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bir-birinə "müharibə" elan edib. Hətta qurumlar arasındakı mübahisələr artıq ictimai müstəviyə də keçib.
Məsələ burasındadır ki, prokurorluq keçmiş məmurlara qarşı ittihamları təsdiqləmir və məhkəməyə göndərmir. Əksinə, cari prosedurlarla bağlı yeni göstərişlər verərək Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqinə qaytarır. Bu isə qanunaziddir. Məsələn, prokurorluq deputat Hayk Sarkisyana qarşı cinayət işinin başlanmaması ilə bağlı qərarını ləğv edib və yenidən araşdırma aparılması üçün işi Korrupsiyaya qarşı Mübarizə Komitəsinə yox, özünün alt qurumuna göndərib.
Nəşrin yazdıqlarına görə, hazırda Baş Prokurorluq məlum komitəyə öz yerini göstərməyə çalışır. “İstintaqı aparan orqanın istənilən halda obyektiv araşdırma aparmaq öhdəliyi var” - deyə vurğulanır.
Daha çox xəbər:
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi
SiyasətBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
GündəmBaş Prokurorluq ƏƏSMN-lə bağlı cinayət işləri barədə açıqlama yaydı
Cəmiyyət / HadisəAzərbaycanda daha bir icra hakimiyyətində əməliyyat keçirilir - YENİLƏNİB + RƏSMİ
Gündəm / HadisəBakıda bələdiyyənin vəzifəli şəxsi rüşvət alanda tutuldu
Gündəm