Gündəm / Hadisə
27 yanvar 2022
56
DSMF şöbəsinin qarşısında yandırılan maşın baş həkimin imiş
Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.
Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.
M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.
Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox xəbər:
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
İdmanSalyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib
HadisəAzərbaycanda 24 yaşlı oğlan dəhşətli hadisənin qurbanı oldu
Hadisəİki yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi
HadisəAzərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə