Gündəm / Cəmiyyət
31 yanvar 2022
24
Evini tərk edən 2 koronavirus xəstəsi saxlanıldı - FOTO
Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayonu Qalaqayın kənd sakini Rasim Əliyev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, kənd ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Türkədi kənd sakini olan Hüsən Əliyev da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Daha çox xəbər:
Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı
Gündəmİctimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb
Gündəm / CəmiyyətAzərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı
SəhiyyəSabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / HadisəAstarada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanıldı
Gündəm