Gündəm / Hadisə
09 fevral 2022
98
Azərbaycanda ailə faciəsi: Arvadı ilə oğlunun zəhərləndiyini görüb ürək tutmadan öldü
Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən ata dünyasını dəyişib.
Milliinfo.az ATV-yə istinadən xəbər verir ki, hadisə Gülnarə Vahabova küçəsində fərdi yaşayış evində baş verib.
Belə ki, Zöhrə Hüseynova oğlu 11 yaşlı Kənan Hüseynlini hamam otağında yuyundurarkən hər iki şəxs dəm qazından zəhərlənib. Ailə başçısı 47 yaşlı Vüqar Hüseynov arvadı və oğlunu mətbəxə gətirib, onlara ilk yardım edib.
Oğlunun qıc olduğunu, həyat yoldaşının yıxıldığını görən ailə başçısı, stress keçirib və ürək tutmasından vəfat edib.
Zəhərlənən ana və oğul isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Daha çox xəbər:

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Hadisə
Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü
Cəmiyyət / Hadisə
Ana ilə ata öldü, uşaqlar isə körpələr evinə verildi...
Hadisə
Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü
Hadisə
Azərbaycanda keçmiş polis FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Gündəm / Hadisə