Gündəm / Siyasət
12 fevral 2022
20
Prezidentdən Beynəlxalq Bankla bağlı FƏRMAN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 838; 2016, № 8, maddə 1384) 3.3-cü, 3.4-cü və 4.2-ci bəndləri ləğv edilsin”.