Gündəm / Cəmiyyət
25 fevral 2022
18
Bu il bütün obyektlərdə yeni nəsil kassa aparatları olacaq
"Azərbaycanda 52 mindən artıq ticarət subyektində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu il bütün obyektlərin həmin aparatlarına təmin edilməsini hədəfləmişik”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
“Qarşımızda duran əsas hədəf mövcud olan və kifayət qədər uğurlu fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir. Bu sahədə əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun vergi ödəyiciləri üçün rahatlığını təmin etməkdir. Rəqəmsallaşma süni intelelktə əsaslanan texnologiyanın tətbiqi ilə bizneslə münasibətdə unikal imkanlar yaradır. Yeni nəsil kassa aparatlarının tətbiqi bu imkanlardan biridir", - deyə Xidmət rəisi qeyd edib.
Daha çox xəbər:
Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi
GündəmVergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?
İqtisadiyyatDövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin sayı açıqlanıb
İqtisadiyyatƏDV-dən geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
İqtisadiyyatVüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir
İqtisadiyyat