Gündəm / Dünya
28 fevral 2022
44
Putinin bu ölkəyə girişi qadağan edildi
Avstraliyanın baş naziri Skott Morrison Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı yazılı açıqlama verib.
Millitv.az unikal-a istinadən xəbər verir ki, Morrison Rusiyanın Ukraynaya qarşı müharibəsində məsuliyyət daşıyan Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bildirib.
Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison:
"Biz Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyətə cəlb edirik. Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, Rusiya prezidenti ( Putin), xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev gecə yarısından etibarən qüvvəyə minib."
Daha çox xəbər:
Rusiyanı ciddi sanksiyalar və NATO təhlükəsi gözləyir
Gündəm / CəmiyyətPutin təlimdə həlak olan nazirə Rusiya Qəhrəmanı adı verdi
SosialRusiyanın Baş naziri koronavirusa yoluxdu
Dünya“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden
Gündəm / DünyaSergey Lavrov: "ABŞ-la Rusiya tezliklə təmas quracaq"
Siyasət / Dünya