Gündəm / Dünya
03 mart 2022
27

Rusiyalı bankir Putinin başı üçün 1 milyon dollar vəd etdi (FOTO)

Rusiyalı bankir Putinin başı üçün 1 milyon dollar vəd etdi (FOTO)

Rusiyalı iş adamı və hazırda ABŞ-da yaşayan "Прозрачный бизнес" bankının baş direktoru Aleksandr Konanıxin "Facebook"dakı paylaşımı ilə diqqət çəkib.

O, sosial şəbəkə hesabında işğalçı ölkənin (red. Rusiya Prezidenti Vladimir Putin) prezidentini həbs edən polisə 1 milyon dollar verəcəyini vəd edib.

"Mən öz konstitusion vəzifəsini yerinə yetirərək, Rusiya və beynəlxalq hüquqa əsasən Putini ölü və ya diri hərbi cinayətkar kimi həbs edən polisə 1 milyon dollar ödəyəcəyimə söz verirəm. Putin Rusiya prezidenti deyil, çünki o, hakimiyyətə xüsusi seçki nəticəsində gəlib. Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın denasionalizasiyasını təşviq etməyi öz mənəvi borcum hesab edirəm. Putin Ordusuna müqavimət göstərmək üçün Ukraynaya qəhrəmancasına göstərdiyi səylərdə bundan sonra da kömək edəcəyəm", - deyə o, bildirib.

İş adamının bu yazısı sosial mediada gündəm olub. O, həmçinin Putinin "ölü və ya diri istəyirəm" başlıqlı fotosunu paylaşıb.
Rusiyalı bankir Putinin başı üçün 1 milyon dollar vəd etdi (FOTO)