Gündəm / Dünya
04 mart 2022
34
Çex hökuməti könüllülərə Ukraynada döyüşməyə icazə verdi
Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya getmək niyyətində olan Çexiya vətəndaşları öz ölkələrində cinayət təqibi ilə hədələnmir.
Bu barədə Çexiyanın baş naziri Petr Fiala "Twitter" səhifəsində məlumat verib.
"Prezidentlə (Miloş Zeman – red.) görüşdə razılaşdıq ki, Ukraynaya gedib Ukraynanın tərəfində döyüşmək istəyən insanların cəzasız qalmasına zəmanət verə bilərik.
Qeyd edək ki, başqa ölkənin silahlı qüvvələrində hərbi xidmətə görə, Çexiyanın mövcud qanunvericiliyinə əsasən, vətəndaşları 5 il həbs cəzası gözləyir.

Daha çox xəbər:

Çexiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Dünya
İlham Əliyev Çexiyanın XİN rəhbərini qəbul etdi - Foto
Gündəm / Siyasət
Polşa millisi Rusiya ilə oyundan imtina etdi
İdman
Rusiyanı ciddi sanksiyalar və NATO təhlükəsi gözləyir
Gündəm / Cəmiyyət
Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən DANIŞDI
Gündəm / Dünya