Gündəm / Dünya
09 mart 2022
21
“Ferrari” Rusiya üçün avtomobil istehsalını dayandırır

İtaliyanın avtomobil istehsalçısı “Ferrari” Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına gəlib.
“Biz bütün qaydalara və sanksiyalara uyğun olaraq vəziyyəti izləməyə davam edirik”, - şirkətin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.
Həmçinin “Ferrari”-nin istehsal edildiyi İtaliyanın Emilia-Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini şirkətin Ukrayna xalqına kömək üçün 1 milyon avro ayırmaq qərarını açıqlayıb. Regional hakimiyyət mart ayında bir sıra humanitar layihələrin, o cümlədən Ukraynadan olan çoxsaylı qaçqınların qəbulu üçün vəsait toplamaq məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.
Bonaççininin sözlərinə görə, burada vətəndaşlar, istehsal şirkətləri və ictimai təşkilatlar fəal iştirak edirlər.
Mənbə: “RİA Novosti”

Daha çox xəbər:

Sınaq sürüşü zamanı 2 milyonluq “Ferrari”ni oğurladı
Dünya
"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / Dünya
Ukraynaya misli görülməmiş yardım edilir - 500 milyon avro
Gündəm / Dünya
EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb
İqtisadiyyat / Dünya
Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır
İqtisadiyyat