Gündəm / Şou
09 mart 2022
21
Rusiyanın məşhur dəb verilişi bağlandı - Sanksiyalar təsir edib
Rusiyanın “Pervıy kanal”ının məşhur verilişlərindən biri – “Modnıy priqovor” yayımını dayandırıb.
Milliinfo.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, proqramın aparıcısı Aleksandr Vasilyev bunun səbəbini açıqlayıb.
Onun sözlərinə görə, verilişin tam yayımdan qaldırılmasından söhbət getmir, lakin təkcə yayım deyil, həm də yeni buraxılışların çəkilişi dayandırılıb.
“Ən əsas səbəblərdən biri Rusiya ərazisində bizə Qərbdən mal gətirən bütün moda mağazalarının bağlanmasıdır. Veriliş qəhrəmanlarını geyindirmək mümkün deyil – uyğun gələn ölçülər, rənglər və, təbii ki, fasonlar yoxdur”, - Vasilyev izah edib.
O bildirib ki, hələlik “Modnıy priqovor” komandasının ehtiyatda çox buraxılışı var, lakin proqramın gələcək taleyi naməlumdur. Aparıcının ehtimalına görə, əgər şou efirə getməyə başlasa, çox güman, konsepsiyası dəyişdiriləcək.
Daha çox xəbər:
Türkiyənin məşhur aparıcısı üç il azadlıqdan məhrum edilə bilər
Dünya"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib
---"Xəzər TV"də daha bir veriliş dayandırıldı
Gündəm / Mədəniyyət"Rusiya qarşı sanksiyalar dünya bazarına zərbə vuracaq"
DünyaNazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Dünya