Gündəm / Dünya
23 mart 2022
30
"Rusiya diplomatlarının Polşadan qovulması cavabsız qalmayacaq" - Kreml

"Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib.

Daha çox xəbər:

Kreml Putinin koronavirusa qarşı peyvənd olunmamasına aydınlıq gətirib
Siyasət / Dünya
Polşa Rusiya diplomatlarını ölkədən çıxarır
Gündəm / Dünya
Peskov Rusiyada avtoritar rejimin olması ilə bağlı iddiaya cavab verdi
Gündəm / Cəmiyyət
"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / Dünya
"Terrorçular yüzlərlə qazaxıstanlını öldürüb" - Tokayev
Gündəm / Şou