Gündəm / Siyasət
29 aprel 2022
33
"İndi SOCAR-da yeni idarəetmə var" - İlham Əliyev

Biz indi SOCAR-da aktiv islahatlar prosesindəyik.
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı diqqətə çatdırıb ki, indi SOCAR-da yeni idarəetmə var.
“SOCAR nəhayət şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək”, - Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, nəhayətdə itkilərdə azalma olacaq: “Çünki qazla bağlı bizim itkilərimiz çoxdur. Bəzi itkilərin köhnəlmiş infrastruktur səbəbi ilə bəraəti var. Bəzi itkilər isə çox şübhəlidir. Beləliklə, bizim aparıcı şirkətimiz olan SOCAR-ın optimallaşdırılması, şəffaflıq, korporativ idarəetmə, əminəm ki, bizə əlavə qaynaq verəcək. O artıq bizə bunu verir”.

Daha çox xəbər:

İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi
Gündəm / Cəmiyyət
"Yaxın on ildə biz daha güclü olacağıq" - İlham Əliyev
Gündəm / Siyasət
İlham Əliyevdən SOCAR-ın üç vitse-prezidenti ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasət
"Bütün bunlar qeyri-qanunidir" - İlham Əliyev
Gündəm / Siyasət
SOCAR-dan benzinlə bağlı AÇIQLAMA
Gündəm / Şou