Gündəm / Cəmiyyət
13 may 2022
23
Səfa Mirzəyev təqaüdə göndərilib - EKSKLÜZİV
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.
"Report"un xəbərinə görə, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.
O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.
Daha çox xəbər:
Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT
Gündəm / CəmiyyətPrezidentdən Səfa Mirzəyevlə bağlı SƏRƏNCAM
Gündəm / SiyasətSahibə Qafarova Qazaxıstana getdi
Gündəm / SiyasətVilayət Eyvazov işdən çıxardığı generala yeni VƏZİFƏ VERDİ
Gündəm / CəmiyyətMilli Məclisin mətbuat xidmətinin məlumatı
Siyasət / İqtisadiyyat / Cəmiyyət