Gündəm / Cəmiyyət
16 may 2022
39
Kirayə ev axtaranlar üçün PİS XƏBƏR- 400-450 manat... - VİDEO

Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib. Əvvəllər bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər-əlamət yoxdur.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.
Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov bildirib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.
Ekspert Nofəl Quliyev hesab edir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa, qiymət artımı növbəti aylarda da davam edəcək.
Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox tələbat ikiotaqlı mənzillərədir.

Daha çox xəbər:

DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ
Gündəm / Cəmiyyət
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Hadisə / Dünya
Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı
Gündəm / Cəmiyyət
Mənzil bazarında qiymətlər necə olacaq? - AÇIQLAMA
Gündəm / İqtisadiyyat
Bakıda köhnə binalarda mənzillər ucuzlaşır – SƏBƏB
Gündəm / Cəmiyyət