Gündəm / İqtisadiyyat
04 iyun 2022
25
2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq
Prezident İlham Əliyevin mayın 27-si Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.
İclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:
"İqtisadi artımın 5%-dən çox olması gözlənilir” - Mikayıl Cabbarov
İqtisadiyyatAzərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
SiyasətPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib -Foto
SiyasətBaş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR
Gündəm / Siyasət“Azərbaycan büdcəsi inkişaf yox, istehlak büdcəsinə çevrilir” - NƏ ETMƏLİ?
Gündəm / İqtisadiyyat