Gündəm / Siyasət
09 iyun 2022
38
Azərbaycan XİN Lavrova CAVAB VERDİ
XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib.
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - XİN rəsmisi vurğulayıb.
Daha çox xəbər:
Ceyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / SiyasətAzərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
SiyasətXİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə REAKSİYA
Gündəm / CəmiyyətLeyla Abdullayeva: Beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik
Siyasət“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən Ermənistanın təcavüzü ilə üzləşib” - XİN
Gündəm / Siyasət