Gündəm / Dünya
13 iyun 2022
13
Sudan limanında 16 min qoyunu daşıyan gəmi batdı
Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.
Məlumata görə, qəzaya səbəb həddindən artıq yüklənmə olub.
Ekipaj son anda qaçmağı bacarıb.
Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan “BADR 1” gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.
Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.
Mənbə: TASS

Daha çox xəbər:

Yenə miqrant daşıyan qayıq batdı: 60 ölü
Hadisə / Dünya
Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı
Gündəm / Dünya
Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi
Gündəm / Siyasət
Hərbçilərin olduğu qayıq batdı - YENİLƏNİB
Hadisə
Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Hadisə