Gündəm / Cəmiyyət
21 iyun 2022
13

Nazirlikdən iaşə obyektlərinin istismarçılarına ÇAĞIRIŞ

Nazirlikdən iaşə obyektlərinin istismarçılarına ÇAĞIRIŞ


Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Unikal"a bildirib ki, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqati